Paşinyanın Qərbi Azərbaycan xofu - Baş nazir tarixi saxtalaşdırmağa çalışır
3-03-2023, 19:03
104

Paşinyanın Qərbi Azərbaycan xofu - Baş nazir tarixi saxtalaşdırmağa çalışır

ÖNDERTV.ORG

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Xarici Əlaqələr Şurasında (DGAP) "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Ermənistanın perspektivləri" mövzusunda müzakirələr zamanı bir sıra maraq doğuran açıqlamalarla çıxış edib. Baş nazir ənənəsinə sadiq qalaraq yenə də tarixi saxtalaşdırmağa çalışaraq geniş auditoriya qarşısında yalanlar danışıb.
Nikol Azərbaycanın əzəli torpaqları hesab olunan Qərbi Azərbaycan torpaqlarından, soydaşlarımızın öz yurdlarına qayıtmasından danışıb. Bəllli olduğu kimi, 30 il bundan öncə yüz minlərlə soydaşımız əzəli torpaqlarından - indiki Ermənistan ərazisindən qovulublar. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı öz ev-eşiklərindən didərgin düşən insanların öz ata-baba torpaqlarına geri dönməsini irəli sürüb.
Nikol Paşinyan isə çıxışında alman ictimaiyyətinin diqqətini yayındırmağa çalışıb. "Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, Ermənistanın suveren ərazisi yoxdur, Ermənistanın bütün ərazisi  "Qərbi Azərbaycan"dır, eyni zamanda sülh istəyirik deyirik və s. Bu, çox qəribə vəziyyətdir, münasibətlərimizin əsas problemi budur", - Paşinyan bildirib.
Nikol "unudur" ki, indiki Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub və əhalisinin də böyük əksəriyyəti azərbaycanlılar olub. Axı ortada tarixi faktlar və sənədlər var. İndiki Ermənistan məhz xaricdən köçürülən ermənilər hesabına monodövlətə çevrilib. Erməni baş nazir bir dəfə də olsun qeyd etməyib ki, həmin insanlar min illər yaşadıqları ərazilərdən qovulublar. Təkcə, sovet illərində İrəvanın əhalisinin böyük bir qismini azərbaycanlılar təşkil edib.
Paşinyan auditoriyanı başqa istiqamətə yönləndirib iddia etməyə çalışır ki, Azərbaycan Ermənistan torpaqlarıan da göz dikib. Və bu səbəblə də sülh müqaviləsinin imzalanması problemdir. 
Ermənistan hakimiyyəti onu da anlamalıdır ki, suveren ərazisi heç zaman olmayıb və bundan sonra da olmayacaq. "Forpost" statusa malik olan ölkənin ərazisində xarici ölkənin bazasının olması da bunu sübut edir.


ÖNDERTV.ORG

Oxşar xəbərlər