YAP Sabunçu rayon təşkilatı 30 illik yubileyini qeyd etdi
28-02-2023, 18:55
168

YAP Sabunçu rayon təşkilatı 30 illik yubileyini qeyd etdi

Bu gün Bakı Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu  rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında  abidəsini ziyarət edərək, önünə qızıl gül dəstələri qoyublar.
Bakı Gənclər Mərkəzinin akt zalında davam edən tədbirdə  Azərbaycan Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ötən 30 ildə  çətin və şərəfli yol keçib. Bu gün YAP ənənələri olan partiya, həmçinin nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb. YAP  zamanın tələbi, xalqın istəyi ilə yaradılan partiyadır. Partiyanın cəmiyyətin avanqard qüvvəsinə  çevrilməsini şərtləndirən əsas amil də məhz xalqın partiyası, ən əsası  dahi şəxsiyyətin adı ilə bağlı olmasıdır. Ümummilli Liderin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi  Yeni Azərbaycan Partiyası ötən 30 ildə  Azərbaycanı inkişaf etdirmək qüdrətinə malik partiya olduğunu təsdiqlədi.
Araz Xudadanov qeyd edib ki, YAP Sabunçu rayon təşkilatı partiyanın  ilk yaradılan təşkilatları sırasındadır. Bu gün rayon təşkilatı  99 ərazi partiya təşkilatında  11 mində artıq üzvü birləşdirir.
Tədbirin sonunda  YAP Sabunçu rayon təşkilatının yaradılmasının 30 illiyi  münasibətilə  bir qrup  təşkilat üzvünə Fəxri fərmanlar, partiya sıralarına yeni daxil olanlara isə üzvlük vəsiqəsi təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının 30 ildə keçdiyi şərəfli yolu özündə əks etdirən sənədli film nümayiş olunub.









ONDERTV.ORG

Oxşar xəbərlər