Hərbi prokurorluqda Heydər Əliyevin xatirəsi anıldı
8-12-2022, 16:20
108

Hərbi prokurorluqda Heydər Əliyevin xatirəsi anıldı

ÖNDERTV.ORG 

Respublika Hərbi Prokurorluğunda ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya bildiriblər ki, Prokurorluğun binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə ulu öndərin büstü önünə gül dəstələri düzülərək, xatirəsi bir dəqiqəlik sükutla anılıb. Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev mərasimdə çıxış edərək Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışıb.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Xanlar Vəliyev tədbirlərin Hərbi Prokurorluq Orqanları tərəfindən icra olunacağını ifadə edib. O qeyd edib ki, Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi qalacaq, xatirəsi dərin ehtiramla anılacaq.




ÖNDERTV.ORG
 

Oxşar xəbərlər