İnkişaf və mübarizə: Ukrayna Azərbaycandan öyrənir - VİDEO
21-02-2023, 12:30
139

İnkişaf və mübarizə: Ukrayna Azərbaycandan öyrənir - VİDEO

ÖNDERTV.ORG

Ukrayna prezidenti Vladimir Zelenskinin ötən həftə azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığı bu ölkə mediasının diqqət mərkəzindədir. Bu ölkənin nüfuzlu "TSN" kanalında Ukrayna üçün Azərbaycan təcrübəsinin faydaları əks olunub.
Videoreportajda qeyd edilir ki, Rusiya Qafqazda nüfuzunu itirir. Müəllif vurğulayır ki, Bakı işğalın nə olduğunu, Kremlin nəyə qadir olduğunu yaxşı bilir. Qarabağ bölgəsinin tarixən Azərbaycanın olduğunu, amma 1992-ci ildə orada azərbaycanlılarla ermənilər arasında qanlı müharibənin baş verdiyini və nəticədə torpaqların işğal olunduğu vurğulanır: "Moskva bunda da az rol oynamadı. Və Kreml sevincli durumda idi. Münaqişədə hər iki dövlət arasında vasitəçi statusunda olması ona sərf edirdi. Azərbaycan Birinci Qarabağ müharibəsində məğlub vəziyyətə salındı. Yalnız 2020-ci ildə işğal olunan torpaqlarını geri qaytarmağa müvəffəq oldu". 
Videoda qeyd edilir ki, indi isə Azərbaycan 30 illik işğaldan sonra dağıdılan torpaqlarda fəal şəkildə yenidənqurma işləri aparır və torpaqları minalardan təmizləyir. Eyni zamanda Azərbaycanın təcrübəsinin Ukrayna üçün nə dərəcədə faydalı olmasına toxunulub.


 
ÖNDERTV.ORG

Oxşar xəbərlər