Cənubi Qafqazın taleyini Kreml yox, BU DÖVLƏT HƏLL EDƏCƏK
29-12-2022, 14:33
99

Cənubi Qafqazın taleyini Kreml yox, BU DÖVLƏT HƏLL EDƏCƏK

ÖNDERTV.ORG

"Kreml divarları arasında qərar verənlər artıq əsəblərini itirirlər və qisas almağa əl atırlar. Amma artıq döyüş əməliyyatları apara bilməyəcəklər, çünki Rusiya özünü məhv etmək yoluna düşüb".
Bunu açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.
O bildirib ki, Cənubi Qafqazın Rusiyadan uzaqlaşması üçün çox yaxşı məqam yetişib:
Görünür, SSRİ-nin buraxdığı səhvlərdən indiki Rusiya höküməti dərs çıxara bilmədi. Bu gün artıq Rusiyanın Ukrayna ilə müharibə fonunda başqa bölgələrdə, məsələn Qarabağda mövqe savaşı aparmaq, öz köhnə nüfuzunu qoruyub-saxlamaq gücü tükənmək üzrədir. 
Rusiyaya bu gün açıq dəstək verən rejim, onu dayanmadan silahlandıran bir İran var. Belə çıxır ki, Qərb Ukraynaya nə qədər dəstək versə belə, İran Rusiyanın silahlandırdığı müddətcə Kreml geri çəkilməyəcək. Amma İranın bu fəaliyyətinə də STOP qoyulacaq və bu "qara işinə" görə cavab verəcək. 
Ermənistan Rusiyanın başının Ukrayna cəbhəsinə qarışdığı bir vaxtda Qərblə təmasları artıraraq, Kremlin orbitindən çıxmağa çalışır. Moskvanın İrəvana bu addımı atmağa şərait yaradacağı inandrıcı görünməsə də, Türkiyə bu məsələdə əsas həlledici aktor olaraq öz işini görəcək. Rəsmi Ankara da çox yaxşı anlayır ki, Cənubi Qafqaz Rusiyadan dərhal ayrılmalıdır. İndi bunun üçün çox yaxşı məqamdır".
ÖNDERTV.ORG

Oxşar xəbərlər