“Niyə dotasiyalar həmişə eyni bələdiyyələrə verilir?”
15-02-2023, 13:12
83

“Niyə dotasiyalar həmişə eyni bələdiyyələrə verilir?”

ÖNDERTV.ORG

“Dotasiyalar həmişə eyni bələdiyyələrə verilir. Bunu kim müəyyənləşdirir, necə olur həmişə eyni bələdiyyələrə ayrılır?! Baxırsan 10 il ardıcıl olaraq dövlətin ayırdığı dotasiyaları eyni bələdiyyələr alır”.
ÖNDERTV.ORG xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Siyavuş Novruzov deyib.
Deputat qeyd edib ki, bələdiyyələr müstəqildir lakin bu, yığılan vəsaitlərin istənilən kimi xərclənməsi demək deyil: “Bütün xərclərin hesabatı aparılmalıdır.  Həmçinin vətəndaşlarla bələdiyyələr aşağı-yuxarı eyni qiymətə torpaqları icarəyə verməlidir. Bələdiyyə sahibkara icarəni vətəndaşdan 10 dəfə aşağı qiymətə verməməlidir”.
 



ÖNDERTV.ORG

Oxşar xəbərlər