“Ombudsman Aparatı bələdiyyələr kimi lazımsız quruma çevrilib”
7-10-2022, 12:58
94

“Ombudsman Aparatı bələdiyyələr kimi lazımsız quruma çevrilib”

“Dövlət orqanları Ombudsman Aparatından gələn müraciətlərə baxmırlar”. 
ÖNDERTV.ORG   xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında çıxışı zamanı deputat Fazil Mustafa bildirib. 
“Ombudsmana yüzlərlə müraciət daxil olur, lakin bunların nəticəsi olmur. Ombudsman Aparatı bələdiyyələr kimi lazımsız quruma, təsisata çevrilib. Dövlət orqanları Ombudsman Aparatının fəaliyyətinə lazımi qədər dəstək vermirlər”, - deyə Fazil Mustafa qeyd edib. 
O, Ombudsman haqqında “Konstitusiyaya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi qəbul olunduqdan sonra bu quruma münasibətin ciddiləşəcəyinə ümid etdiyini əlavə edib.
Qeyd edək ki, Azərbaycanda Ombudsman vəzifəsini Səbinə Əliyeva icra edir. 
Eldar Tanrıverdi

ÖNDERTV.ORG       

Oxşar xəbərlər