Azərbaycana qarşı növbəti gediş - “Ermənilər sevinməyə başlayıblar ki...”
24-01-2023, 22:56
127

Azərbaycana qarşı növbəti gediş - “Ermənilər sevinməyə başlayıblar ki...”

ÖNDERTV.ORG



ÖNDERTV.ORG

"Erməni resursları Avropa Birliyinin uzunmüddətli müşahidə missiyasının Ermənistana göndərilməsinə ehtirasla sevinirlər. Amma bu, "Avropa bizə kömək edəcək, Qərb bizimlədir" silsiləsindən növbəti özünü aldatmadır, yaxud da Rusiyaya qarşı blefdir".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Avropa Parlamentinin anti-Azərbaycan çağırışından sonra Avropa Birliyi xarici işlər nazirlərinin qərarı Bakıya qarşı növbəti qeyri-dost addım sayıla bilər:
"Ermənistan Xarici İşlər Nazirliyi əllərini ovuşdurmağa başlayıb. Amma Avropa diplomatiyası baxımından hər şey bir qədər fərqli ola bilər. Fakt budur ki, Avropa Birliyi üçün Paşinyanın anti-Rusiya oyunu danışıqlarda mövqelərini zəiflətmək bahasına olsa belə, regionda Rusiyaya "təzyiq" etmək, Ermənistanda mövqelərini gücləndirmək imkanı yaradır.
Görək, Toivo Klaar Nikol Paşinyanla görüşdən sonra nə haqda danışacaq. Ola bilsin ki, Klaar Brüsseldən bölgəyə yeni təkliflər gətirib. Ermənistanda mövqelərinin güclənməsini nəzərə alsaq, Brüsselə elə gələ bilər ki, Bakıda özü üçün daha sərfəli şərtlərlə dialoq apara bilər. Ola bilsin ki, o da Paşinyana təkliflərini səsləndirsin".
İlqar Vəlizadə bildirib ki, bu günə qədər Bakı ilə İrəvanın mövqeləri yalnız bir məsələdə üst-üstə düşür: Ruben Vardanyan:
"Brüsselin bu faktordan istifadə edib-etməyəcəyi, bəlkə də başqa nəsə təklif edib-etməyəcəyi fərziyyə məsələsidir. Amma heç bir şübhə yaratmayan odur ki, İrəvan üçün sevinmək hələ tezdir, Avropa Birliyinin müşahidəçiləri məqsəd deyil, daha çox vasitədir. Brüsselə bölgədəki mövcudluğunu gücləndirməyə imkan verən alət. Bundan Bakıya təzyiq etmək üçün istifadə olunacaq, yoxsa bəlkə daha uzaq hədəfləri var? Məsələn, Rusiya sülhməramlılarına münasibətdə balans yaratmaq. Bunu zaman göstərəcək".



ÖNDERTV.ORG

Oxşar xəbərlər