Azərbaycanla Türkiyə ailə, qadın və uşaq məsələləri sahəsində əməkdaşlıq edəcək
16-12-2022, 18:49
139

Azərbaycanla Türkiyə ailə, qadın və uşaq məsələləri sahəsində əməkdaşlıq edəcək

Dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il noyabrın 4-də İstanbul şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
ÖNDERTV.ORG AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, bu sənədin 1-ci hissəsində qeyd olunan Fəaliyyət Planı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə isə Fəaliyyət Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.




ÖNDERTV.ORG

Oxşar xəbərlər