Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibi müəyyənləşib
15-12-2022, 22:53
84

Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibi müəyyənləşib

Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiqlənib.
ÖNDERTV.ORG-un xəbərinə görə, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimidir:
Komissiyanın həmsədri
Azərbaycan Respublikasının xarici işlər naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilən dəyişiklik barədə Litva Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.

Ramiz Mikayıloğlu

ÖNDERTV.ORG

Oxşar xəbərlər