Azərbaycanla Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq Sazişi təsdiqləndi
2-11-2022, 20:02
78

Azərbaycanla Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq Sazişi təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb. ÖNDERTV.ORG xəbər verir ki, fərmanla İqtisadiyyat Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərəcək.


ÖNDERTV.ORG

Oxşar xəbərlər