Azərbaycan Ukraynada daha dörd mülki obyekti bərpa edəcək
28-04-2024, 23:54
41

Azərbaycan Ukraynada daha dörd mülki obyekti bərpa edəcək

ÖNDERTV.ORG


“Ukraynanın İrpen şəhərində dağılmış daha dörd mülki obyekt Azərbaycan tərəfindən bərpa ediləcək”.
Bunu  açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib.
“Bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbaycan humanist missiyasını davam etdirərək İrpendə dağılmış daha dörd obyektin yenidən tikintisini həyata keçirəcək. Biz Azərbaycana müharibədən əziyyət çəkən şəhərimizə davam etdirdiyi humanitar yardımına görə dərin minnətdarıq”, - deyə mer əlavə edib.
Qeyd edək ki, Azərbaycan buna qədər İrpendə humanitar yardım çərçivəsində akademik Zərifə Əliyeva adına orta ümumtəhsil liseyini və şəhərdə iri xəstəxananı əsaslı təmir edib.

Oxşar xəbərlər