**Qəzəl** - Mehriban MƏHƏRRƏMOVA
6-10-2022, 08:37
202

**Qəzəl** - Mehriban MƏHƏRRƏMOVA

Hüsnün ey dilbər sənin, nuruyla aləmlər bəzər
Ey hilaləbru, üzün Ay, gözlərin sanki, Xəzər..
*************************************
Yarəb, olsun sən özün, mail olub ol gözlərə
Böylə zümrüd tək yaratdın, dəyməsin qoy, bədnəzər..
**************************************
Göz görüb qəlbdən sevənlər baglar ümmid vəslinə
Eşqdən sərməst olan bir qeyriyə salmaz, nəzər..
***************************************
Qalmayır canımda taqət eylə baxma, rəhm qıl
Dilbəra, küsgün baxışlar, aşiqin qəlbin, əzər..
**************************************
Heç nəyin yox fərqi mənçün, qeyri bir şey görmərəm
Çünki hər an gözlərim ol ahu gözlərçün, gəzər..
****************************************
Nola, hərdən çək üzündən zülfünü seyr eyləyək
Cümlə aşiq gözlərindən ötrü olmuş, dərdəzər..
***************************************
Mehribandır ismi tək, söylər, tanırsa kim məni
Özgəsi amma deyərki, dad əlindən, əlhəzər..
***********
Bakı

Mehriban MƏHƏRRƏMOVA

**Qəzəl** - Mehriban MƏHƏRRƏMOVA


ÖNDERTV.ORG  

Oxşar xəbərlər