Malatyadakı 4 azərbaycanlı tələbədən xəbər yoxdur - Səfir
6-02-2023, 21:05
177

Malatyadakı 4 azərbaycanlı tələbədən xəbər yoxdur - Səfir

Malatyadakı dörd azərbaycanlı tələbə barədə xəbər yoxdur.
ONDERTV.ORG Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov AZTV-yə müsahibəsində deyib.
"Kahramanmaraşda 100 tələbəmiz var. Onlarla əlaqə yaratmışıq, hamısı qaydasındadır. Təəssüflər olsun ki, Malatyada binanın çökməsi nəticəsində orada yaşayan 4 azərbaycanlı tələbə itkin düşüb. Onlardan hələ xəbər ala bilməmişik", - səfir bildirib.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Son məlumatlara görə, zəlzələ nəticəsində 1 541 nəfər həyatını itirib, 9 733 nəfər yaralanıb.

ONDERTV.ORG

Oxşar xəbərlər