Ərdoğandan zəlzələ ilə bağlı - Açıqlama
6-02-2023, 09:45
546

Ərdoğandan zəlzələ ilə bağlı - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qeydə alınan zəlzələ haqda açıqlama verib.
“ONDERTV.ORG” xəbər verir ki, bu barədə dövlət başçısı öz tvitter hesabında yazıb. O, ilk olaraq Kahramanmaraşda baş verən, digər şəhərlərdə də hiss edilən zəlzələ ilə bağlı vətəndaşlara “keçmiş olsun” mesajı verib. Ərdoğan qeyd edib ki, zəlzələdən zərər görən bölgələrə axtarış-xilasetmə qüvvələri cəlb edilib: “Bütün qurumlar işə sürətlə başlayıblar”.
Dövlət başçısı əlavə edib ki, xilasetmə işlərinə nəzarət edir: “İnşallah, yaşadığımız bu fəlakətdən ən qısa vaxtda və az ziyanla keçməyi diləyirəm”.


ONDERTV.ORG

Oxşar xəbərlər