Türkiyədə dəhşətli zəlzələ: ölənlərin sayı 1014 oldu, 5385 nəfər yaralanıb - YENİLƏNİB - VIDEO - FOTO
6-02-2023, 16:40
199

Türkiyədə dəhşətli zəlzələ: ölənlərin sayı 1014 oldu, 5385 nəfər yaralanıb - YENİLƏNİB - VIDEO - FOTO

16:12
Türkiyə zəlzələ nəticəsində 1014 nəfər həlak olub.
-------
14:11
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.
912 nəfər həyatını itirib, 5385 nəfər yaralanıb.
ONDERTV.ORG bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
---------
11:42
"Kahramanmaraşda 70 nəfər ölüb, 200 yaralı var, 300 bina dağılıb. Bu sayın artacağı gözlənilir".
ONDERTV.ORG xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib. Onun sözlərinə görə, Hatayda 4 nəfər həlak olub, 7 yaralı var, 300 bina dağılıb:
"Osmaniyədə 20 nəfər həlak olub, 200 yaralı var, 83 bina dağılıb. Adıyamanda 13 nəfər həlak olub, 22 yaralı var, 100 bina dağılıb. Diyarbəkirdə 14 nəfər həlak olub, 226 yaralı var, 20 bina dağılıb. Şanlıurfada 18 nəfər ölüb, 200 yaralı var, 60 bina dağılıb. Qaziantepdə 80 nəfər həlak olub, 600 yaralı var, 581 bina dağılıb. Kilisdə 8 nəfər ölüb, 200 yaralı var. 50 bina dağılıb. Adanada 10 nəfər həlak olub, 118 yaralı var. 16 bina dağılıb. Malatyada 47 nəfər həlak olub, 550 yaralı var, 300 bina dağılıb".
Fuat Oktay qeyd edib ki, Kahramanmaraş və Qaziantepdə mülki uçuşlar dayandırılıb.
---------
11:05
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.
ONDERTV.ORG xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb.
O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.
---------
08:51
Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfəri keçib, 440 nəfər yaralıdır.
ONDERTV.ORG Trend-ə istinadən bildirir ki, bunu təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatları sübut edir.
Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.
Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
----------
08:31
Bazar ertəsi Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.
ONDERTV.ORG Trend-ə istinadən bildirir ki, bunu təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatları sübut edir.
----------
08:21
ONDERTV.ORG bildirir ki, Şanlıurfa Valisi Salih Ayhanın sözlərinə görə, zəlzələdə 17 nəfər ölüb, 30 nəfər yaralanıb.
Malatya Valisi Hulusi Şahin bildirib ki, zəlzələdə 23 nəfər ölüb, 420 nəfər yaralanıb.
Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.
Bu barədə şəhərin valisi Hulusi Şahin bildirib.
Onun sözlərinə görə, bölgədə 140 dağılmış bina var.

İsrailin Ankaradakı səfirliyi zəlzələnin yol açdığı dağıntılar və tələfatlarla bağlı Türkiyəyə başsağlığı verib.
Bununla bağlı diplomatik korpusun tviter səhifəsində müvafiq paylaşım edilib.
"Bu gün sabaha sarı yaşanan zəlzələdən sonra qəlbimiz və dualarımız türk xalqının yanındadır. Həlak olanların sevənlərinə və türk xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik", - tvitdə qeyd olunub.

Türkiyənin Diyarbakır şəhərində ölkənin böyük hissəsini əhatə edən zəlzələ nəticəsində 6 nəfər ölüb, 79 nəfər yaralanıb.
Bu barədə şəhərin valisi Ali İhsan Su bildirib.
"6 bina dağılıb, 6 vətəndaşımız həlak olub, 79 nəfər yaralanıb", - o vurğulayıb.



Türkiyədə 7,4 bal gücündə zəlzələdən sonra dağılan əyalətlər:
▪️Kahramanmaraş
▪️Osmaniye
▪️Hatay
▪️Qaziantep
▪️Malatya
▪️Adiyaman
▪️Adana
▪️Kilis
▪️Diyarbəkir
▪️Şanlıurfa
07:43
Türkiyənin Malatya şəhərində 130 bina dağılıb, 100-dən çox yaralı var, 3 nəfərin meyiti isə dağıntılar altından çıxarılıb.
ONDERTV.ORG Trend-ə istinadən bildirir ki, bu barədə şəhərin valisi Hulusi Şahin deyib.
"Axtarış-xilasetmə əməliyyatları davam edir", - şəhərin valisi vurğulayıb.
Türkiyədə zəlzələ zonasında 4-cü dərəcəli həyəcan elan edilib.
Bunu daxili işlər naziri Süleyman Soylu deyib.


"4-cü dərəcəli həyəcan elan edilib. Hələlik dağıntı və tələfat barədə konkret məlumat yoxdur" - deyə nazir bildirib.
ONDERTV.ORG bildirir ki, Türkiyənin Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfərin öldüyü bildirilib.
Rəqəmləri şəhərin valisi Salih Ayhan açıqlayıb.
"İlkin məlumata görə, 16 bina dağılıb. 10 vətəndaş ölüb. Vətəndaşları yolları xilasedicilər üçün boşaltmağa çağırırıq", - o vurğulayıb.
Türkiyənin Adana şəhərində 17 və 14 mərtəbəli yaşayış binası tamamilə dağılıb.
Bu barədə şəhərin meri Zeydan Karalar deyib.
Bildirilib ki, ilkin məlumata görə, hazırda şəhərdə ümumilikdə 3 bina çöküb. Dağıntılar altında xeyli sayda insanın qaldığı güman edilir.
Türkiyənin Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.
Bildirilib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.







Oxşar xəbərlər