Mətbuat – cəmiyyətin güzgüsü və inkişafın etibarlı tərəfdaşıdır
Dünən, 16:02
95

Mətbuat – cəmiyyətin güzgüsü və inkişafın etibarlı tərəfdaşıdır

ONDERTV.ORG

​​​​Mətbuat İşçilərinin Milli Mətbuat Günü münasibətilə təbrik
Əziz jurnalistlər, hörmətli media nümayəndələri!
Sizi 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz yaradıcılıq enerjisi və peşə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Azərbaycan milli mətbuatı zəngin tarixə, dərin ənənələrə və şərəfli inkişaf yoluna malikdir. Bu gün ölkəmizin informasiya məkanında fəaliyyət göstərən media nümayəndələri cəmiyyətin obyektiv məlumatlandırılması, dövlətçilik dəyərlərinin qorunması, milli maraqların müdafiəsi və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində böyük məsuliyyət və fədakarlıq nümayiş etdirirlər.
İnanıram ki, sözün gücünə, həqiqətin müdafiəsinə və peşə etikasına sadiq qalan Azərbaycan jurnalistləri bundan sonra da dövlətimizin inkişafına, milli maraqlarımızın beynəlxalq aləmdə layiqincə təbliğinə və cəmiyyətimizin maariflənməsinə öz dəyərli töhfələrini verməyə davam edəcəklər.
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi olaraq media nümayəndələri ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirir, qadın sahibkarlığının inkişafı, sosial layihələrin həyata keçirilməsi və cəmiyyət üçün faydalı təşəbbüslərin geniş ictimaiyyətə çatdırılmasında göstərdiyiniz dəstəyə görə minnətdarlığımızı bildiririk.
Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media əməkdaşlarını bir daha səmimi qəlbdən təbrik edir, qələminizin daim həqiqətə xidmət etməsini, fəaliyyətinizin yeni nailiyyətlərlə zəngin olmasını arzulayıram.
Bayramınız mübarək!
Hörmətlə,
Zemfira Ağayeva
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri

Oxşar xəbərlər