
Gündəm / Sosial
Bu gün, 15:02
79
Bu il Suriyadan ilk dəfə Azərbaycana təhsil almağa tələbələr gələcək
ONDERTV.ORG
Bu il Suriyadan ilk dəfə Azərbaycana təhsil almağa tələbələr gələcək.bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.
Onun sözlərinə görə, layihə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində həyata keçiriləcək:
"Eyni zamanda, Azərbaycanın təşkil etdiyi yay düşərgələrinə ilk dəfə suriyalı tələbələr də dəvət olunub. Bütün bu inkişaflar Suriya ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və hərbi əlaqələr və ticarət əlaqələrinin gündən-günə daha da gücləndiyini göstərməkdədir".





