
Gündəm
Bu gün, 10:21
93
MİNGƏÇEVİR ŞƏHƏR SƏHİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI.
ONDERTV.ORG
Ümummilli lider Heydər Əliyevin 04.06.2001-ci il tarixdə imzaladığı 733 №-li Sərəncamına əsasən 17 iyul - Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Hər il olduğu kimi bu gün 17-06-2026 cı il tarixində Mingəçevir şəhər mərkəzi xəstəxanasında Səhiyyə İşçilərinin Peşə bayramı qeyd olundu.. Müsahibimiz Mingəçevir şəhər mərkəzi xəstəxanasının Baş Həkimi öz həmkarları və tibb işçilərilə şəhər və ətraf rayon sakinlərin sağlamlığı keşiyində duran, şərəfli peşəsi haqqında daima qürur hissi ilə danışan Ülfət həkim Qurbanovdur. Son illər Mingəçevir şəhər səhiyyəsinin inkişafı və əhalinin sağlamlığının qorunması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib, islahatlar aparılıb. Səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülməklə yanaşı Ülfət həkimin tibb elminin inkişafında savadlı, bilikli, əsl peşəkar həkim və perspektivli tibb bacısı kadrlarının yetişməsində, xəstəxananın standartlara uyğun, müasir avadanlıqla təmin olunmasında əməyi danılmazdır.Müsahibimiz intelektual səviyyədə böyük ruh yüksəkliyi ilə öz işini icra edir, öz peşəsinə rəğbət, məhəbbət bəsləyir. Ülfət Həkim fəxrlə kollektivi haqqında dəyərli fikirlər söylədi və rəhbərlik etdiyi sektorda fəaliyyət göstərən tibb işçilərini bu möhtərəm gün münasibətilə təbrik etdi. Həkimin səmimi təbrikləri rəhbərlik etdiyi kollektivə ruh yüksəkliyi və qürurverici hisslər bəxş etdi. Bu sevinc onların gözlərində açıq-aydın əksini tapırdı. Həkimlər və tibb işçiləri rəhbərliyin onlara göstərdiyi diqqət və qayğısı üçün öz səmimi təşəkkürlərini bildirdilər.
Xəstələrin keşiyində yorulmadan duran, insanlara öz şəfqətli əlləri ilə şəfa verən əziz həkim və tibb işçilərinə ən xoş arzularımızı bildiririk. Mingəçevir şəhər səhiyyə işçilərinin fədakar əməyi bir daha göz önündə ön plana çəkildi.
Baş Redaktor Kamran Orucov və ÖNDERTV.ORG. informasiya agentliyinin kollektivi Sağlamlığın keşiyində duran Mingəçevir şəhər mərkəzi xəstəxanasının Baş Həkimi Ülfət Qurbanovu və Səhiyyə sektorunda çalışan Tibb işçilərini peşə bayramları münasubətilə TƏBRİK EDİR. Bayramınız mübarək, mərhəmətiniz tükənməz olsun..
ÖNDERTV.ORG informasiya portalının icraçı direktoru:
Naile Muradova.





