
Gündəm
11-02-2026, 00:33
486
*“Ballı çaya qonaq olmaq istəyirsiniz?”*
ONDERTV.ORG
Arı məhsulları mağazasında bir gün – bilgi, sevgi və şəfa dolu bir görüş!Bəzən bir fincan ballı çay insanı təkcə isitməz, həm də düşündürər, rahatladar, ümid verər…
Məhz belə bir ovqatda keçdi *“Propolis” arı məhsulları mağazası*-nda yaşadığımız bu xüsusi gün.
“Xəyal Media Qrup”un təşkilatçılığı ilə “Bilgi, sevgi, şəfa” psixoloji-energetik qrupunun üzvləri “Propolis” arı məhsulları mağazasını ziyarət etdilər. Bu görüş sadəcə tanışlıq deyildi — təbiətin şəfa dolu nemətləri ilə qurulan canlı və səmimi bir dialoq idi.
Mağazanın sahibi, tanınmış loğman İlham Atakişiyev qonaqları səmimi təbəssümlə qarşılayaraq arı məhsullarının sehrli dünyasına birgə səyahətə dəvət etdi. Balın, propolisin, güləmin, arı südünün, çiçək tozunun və digər arı məhsullarının hazırlanma prosesi, istifadə qaydaları və insan sağlamlığına təsiri sadə, anlaşılan və maraqlı şəkildə izah olundu. Verilən hər sual diqqətlə dinlənildi, cavablar isə bilik və uzun illərin təcrübəsi əsasında paylaşıldı.
Bu görüş bir mağaza ziyarətindən qat-qat artıq idi. Burada sağlam həyat tərzi, təbii müalicə üsulları, bədənin özünü bərpa etmə gücü və alternativ təbabətin insan həyatındakı yeri barədə səmimi fikir mübadilələri aparıldı. Hər kəs bu söhbətlərdə özünə aid bir parça tapdı.
Görüşdə iştirak edən qonaqlar tədbirdən məmnunluqlarını ifadə etdilər.
• Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Kifayət Abdullayeva,
• Milli Fikir və İnkişaf İctimai Birliyinin İdarə Heyətinin üzvü, Newsmedia.ws xəbər portalının baş redaktorunun müavini Aida Şükürlü,
• “Xalq Qəzeti”nin əməkdaşı Səadət xanım,
• “VetenimAzerbaycandir.az” xəbər portalının baş redaktoru Kamran Orucov,
• “Xəyal Media Qrup”un rəhbəri Xəyal Babayeva,
• İTV-nin Xəbərlər departamentinin redaktoru Səfurə Çərkəzqızı,
• Televiziya aparıcısı Jalə Paşayeva,
• “FOHOW” şirkətinin əməkdaşı, kardioloq Leyla Mövsümova,
• Numeroloq və psixoloq Almaz xanım,
• Xaricdə təhsil proqramı üzrə fəaliyyət göstərən Səadət xanım,
• Azərbaycan üzrə I yerin qalibi, massaj mütəxəssisi Aynur xanım,
• SOCAR-ın əməkdaşı Xuraman xanım,
• və digər dəyərli qonaqlar.
Görüş zamanı Nurlana Atakişiyeva tərəfindən hicama və zəli terapiyası mövzusunda maraqlı və faydalı məlumatlar verildi. Onun bu sahədəki fəaliyyəti, insana peşəkar xidməti və şəfaya olan inamı iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.
Günün sonunda iştirakçılara həmkarlar təşkilatına üzv olmaq təklifi irəli sürüldü. Bu təklif tərəddüdsüz, sevinc və məmnuniyyətlə qəbul edildi. Görüş ballı çay süfrəsi arxasında davam edən isti söhbətlər, xoş təəssüratlar və yeni niyyətlərlə yadda qalan bir xatirəyə çevrildi.
Sizə bir az da bilgi vermək istəyirəm .
*Apiterapiya nədir?*
Apiterapiya arı məhsullarının — balın, propolisin, arı südünün, çiçək tozunun və arı zəhərinin — sağlamlığın qorunması və bərpası məqsədilə istifadəsidir. Bu üsul immun sistemini gücləndirir, iltihabların azalmasına kömək edir və orqanizmin enerji balansını təbii yollarla dəstəkləyir. Apiterapiya təbiətin insana bəxş etdiyi ən şirin şəfa yoludur.
*Fitoterapiya nədir?*
Fitoterapiya bitkilərin müalicəvi gücündən istifadə edilən təbii müalicə üsuludur. Otlar, çaylar, dəmləmələr və ekstraktlar vasitəsilə bədənin daxili tarazlığı qorunur. Bu üsulun əsas üstünlüyü orqanizmə yumşaq təsiri və yan təsirlərin minimum olmasıdır.
💧 *Hicama nədir?*
Hicama bədəndə yığılan durğun və zərərli qanın xüsusi üsulla xaric edilməsidir. Qan dövranını yaxşılaşdırır, bədəni yüngülləşdirir, stressi azaldır və daxili rahatlıq yaradır. Hicama həm fiziki, həm də enerjetik təmizlənmə üsulu kimi qəbul olunur.
Zəli (Hürudoterapiya) nədir?
Hürudoterapiya, yəni zəli terapiyası tibbi zəlilər vasitəsilə aparılan təbii müalicə metodudur. Zəlinin ifraz etdiyi bioloji aktiv maddələr qan dövranını gücləndirir, iltihabı azaldır və bədənin özünü bərpa mexanizmini aktivləşdirir. Bu üsul xüsusilə damar, oynaq və xroniki xəstəliklərin dəstəkləyici müalicəsindəgeniş istifadə olunur.
_*Sizlərə sevgi və şəfa diləklərimlə*_
*Xəyal Qurbani*




