
Gündəm / Siyasət
Bu gün, 16:28
90
ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
ONDERTV.ORG
Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadenin başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edib.bu barədə Milli Məclis məlumat yayıb.
Bildirilib ki, onlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anaraq, məzarları üzərinə tər güllər düzüblər.
Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini protokol əməkdaşları və digər rəsmi şəxslər müşayiət ediblər.





