SOCAR ilə BCG arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb
2-06-2026, 20:50
146

SOCAR ilə BCG arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

ONDERTV.ORG

Bu gün "Bakı Enerji Həftəsi" çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Boston Consulting Group" (BCG) şirkəti arasında "Xəzər Regionunda Metan Emissiyalarının Azaldılmasının Sürətləndirilməsi" (Caspian Methane Emissions Abatement Accelerator) təşəbbüsünün icrasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb.
SOCAR-dan məlumat verilib.
Sənədi SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və BCG şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri imzalayıblar.
Qeyd edək ki, 4 iyun 2025-ci il tarixində "Bakı Enerji Forumu" çərçivəsində SOCAR "BCG" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində, 2030-cu ilə qədər metan emissiyalarının minimuma endirilməsi istiqamətində fəaliyyəti sürətləndirmək üçün "Xəzər Regionunda Metan Emissiyalarının Azaldılmasının Sürətləndirilməsi" təşəbbüsünü irəli sürüb.
Təşəbbüs Xəzər regionunda metan emissiyalarının azaldılması üzrə əməkdaşlığın gücləndirilməsi, birgə tədqiqat və araşdırmaların aparılması, metan emissiyalarının azaldılmasına yönəlmiş birgə layihələrin icrası, qarşılıqlı bilik mübadiləsi və effektiv təcrübələrin tətbiqi, Xəzər regionunda neft-qaz əməliyyatları zamanı emissiya azaldılması tədbirlərinin təşviq edilməsi məqsədi daşıyır.

Qalereya

SOCAR ilə BCG arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb
SOCAR ilə BCG arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb
SOCAR ilə BCG arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb
SOCAR ilə BCG arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb
SOCAR ilə BCG arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb
SOCAR ilə BCG arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb


SOCAR ilə BCG arasında Əməkdaşlıq Müqaviləsi imzalanıbSOCAR ilə BCG arasında Əməkdaşlıq Müqaviləsi imzalanıbSOCAR ilə BCG arasında Əməkdaşlıq Müqaviləsi imzalanıbSOCAR ilə BCG arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

Oxşar xəbərlər