Gündəm
23-10-2022, 00:00
101
Məkanı cənnət Şəhidim.
Bu gün Xətai Rayon İcra Hakimiyyətinin təşkilatşılığı ilə Hicaz mərasim evində müqəddəs şəhadət zirvəsinin ali zirvısindı yer alan qardaşımız Səbuhi Əhmədovun 40 mərasimi baş tutdu. Bütün ölkəni göz yaşlarına boğan Səbuhi şəhadəti iləhər kəsin doğmasına çevrildi.
Hamıya bəllidir ki, Səbuhi Əhmədov və qardaşı körpə olanda valideynləri vəfat edib, onlar SOS kəndində böyüyüblər. Bu talesiz şəhidimiz 269 saylı məktəbin məzunu idi.
Son mənzilinə arzuları, istəkləri ilə birgə köçən Səbuhi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Bu gün tədbirə qatılan hər kəs ürək ağrısı ilə onu anmaq, ruhuna dualar oxumaq üçün burda idi.
Tədburdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı, aparat rəsmiləri, struktur nümayəndələri, ictimaiyyət adamları, media nümayəndələri və s. iştirak edirdi.
Vətənim-azərbaycandır.az xəbərlər informasiya portalının müxbiri Əfsanə Əliyeva da 40 mərasiminə gələnlər sırasında idi. Tədbirdə şəhidimizin əziz xatirəsi anıldı,ruhuna fatehə oxundu çıxış edənlər əslən Zəngilanlı olan Səbuhi Əhmədov haqqında xoş fikirlər söylədilər. Bəli Səbuhi tək deyildi.
Valideynlərini 2 yaşında itirərək uşaqlar evində böyüyən Vətən oğlunun hüzür mərasimində 1 500-dən çox insan iştirak edirdi. Səbuhinin əziz xatirəsi hər zaman ürəklərimizdə yaşayacaqdır. Allah rəhmət etsin.
ÖNDERTV.ORG