Azərbaycanlı xanım öz qətiyyətli və təsirli yazısı ilə hamını heyran edib.
5-01-2025, 14:54
126

Azərbaycanlı xanım öz qətiyyətli və təsirli yazısı ilə hamını heyran edib.

ONDERTV.ORG

Onun sözləri təkcə Azərbaycan xalqını deyil, beynəlxalq medianı da silkələyib, həqiqətləri açıq şəkildə ifadə edərək, bir çox qərəzli platformaları susmağa məcbur edib.

Firuzə Əhmədova;

Bəli, coğrafi olaraq Azərbaycan kiçik bir ölkə ola bilər, lakin tarixi, mədəniyyəti və qətiyyəti ilə həmişə öz sözünü dünyaya eşitdirib. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı xalqımız birlik və iradə nümayiş etdirərək, düşmənlərə qarşı böyük bir qələbə qazandı. Bu zəfər təkcə hərbi sahədə deyil, həm də diplomatik və informasiya müharibəsində Azərbaycanın gücünü göstərdi.

Son günlərdə baş verən Aktau təyyarə qəzası isə bir daha göstərdi ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanında, onların təhlükəsizliyinin təminatçısıdır. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və dərhal göstərdiyi dəstək, hadisəyə operativ yanaşması həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirildi. Dövlət başçısının möhkəm iradəsi və qəti qərarları bir daha nümayiş etdirdi ki, Azərbaycan vətəndaşının həyatı və təhlükəsizliyi hər şeydən üstündür.

Əlbəttə, bu uğurlar hamının xoşuna gəlmir. Azərbaycanı gözü götürməyən bəzi xarici qüvvələr ölkəmizə qarşı müxtəlif kampaniyalar təşkil edir, düşmənlərimizi dəstəkləyərək silahlandırır. Amma güclü və sarsılmaz dövlətimiz, Prezident İlham Əliyevin təbirincə desək, "Dəmir Yumruq" kimi hər zaman hazırdır və lazımi anda öz gücünü göstərir.

Təəssüf ki, bəzi xaricdən maliyyələşdirilən bloggerlər və qərəzli media nümayəndələri Azərbaycan xalqının əleyhinə çıxışlar edir, həqiqətləri təhrif etməyə çalışır. Lakin biz, xalq olaraq, bu cür təxribatlara heç vaxt yol vermədik və verməyəcəyik.

Bu gün Azərbaycan həm öz bölgəsində, həm də dünyada güclü bir səsə malikdir. Bu səs hər zaman haqqı, ədaləti müdafiə edir və heç bir qüvvə bizi bu yoldan döndərə bilməz.

Birlikdə güclüyük, birlikdə sarsılmazıq!

Oxşar xəbərlər