Təmraz Tağıyev: Türkiyə İslamiadanın açılışını yüksək peşəkarlıqla keçirməklə elmin, tərəqqinin gücünü bütün dünyaya nümayiş etdirdi
10-08-2022, 22:58
185

Təmraz Tağıyev: Türkiyə İslamiadanın açılışını yüksək peşəkarlıqla keçirməklə elmin, tərəqqinin gücünü bütün dünyaya nümayiş etdirdi

Qardaş Türkiyə V İslam Həmrəyliyi Oyunlarının açılışını yüksək peşəkarlıqla keçirməklə təkcə idmanın deyil, elmin, tərəqqinin, intellektin gücünü də bütün dünyaya göstərdi. Böyük sevinc hissi ilə izlədiyimiz təntənəli mərasim, ilk növbədə, vətənpərvərliyin və zəkanın nümayişidir. Bütün bunlar təkcə İslam yolunda deyil, birgəyaşayışın gözəlliyinin, elm və tərəqqi ilə insan varlığının ortaq həmrəyliyidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev ifadə edib.
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına böyük uğurla ev sahibliyi etdiyini xatırladan assosiasiya sədri deyib: “Çox sevindiricidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbənin qardaş Türkiyədə yaratdığı yüksək əhval-ruhiyyə hər yerdə özünü göstərməkdədir. Konyadakı bu açılış mərasimindəki xoş ab-hava sanki böyük Zəfərin əzəmətini özündə əks etdirirdi”.
Son illər Azərbaycanda idmanın bütün növləri üzrə yüksək inkişafın yaşandığını xatırladan Təmraz Tağıyev əminliklə bildirib ki, idmançılarımız Konyadan Azərbaycana böyük nailiyyətlərlə qayıdacaqlar.
 

Oxşar xəbərlər