
Gündəm
13-12-2024, 22:26
295
İstedadlı rəssam-dizayner Nuranə Orucovanın növbəti uğuru...
ONDERTV.ORG
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində, gənc olmasına baxmayaraq, respublikada istedadı, zəngin təxəyyülü, özünəməxsus, fərqli baxışlı rəsm əsərləri ilə tanınan rəssam-dizayner Nuranə Orucova növbəti uğuruna imza atdı. Onlarla yetirmələri ilə qürur duyan rəssamın "Təbiət ilhama çağırır" adlı sərgisində elə 20-yə yaxın şagirdinin rəsm əsərlərinin sehrinə düşdü tədbir iştirakçıları. Azyaşlı və yeniyetmələrin kətan üzərində rəngli boya ilə zövqlə işlənmiş əsərləri hər kəsi valeh etdi.




Beləcə, unudulmayacaq xoş bir gün yaşandı...Perspektivli gənc rəssam-dizayner Nuranə Orucovanı növbəti uğuru münasibətilə ürəkdən təbrik edir, ona gələcək addımlarında bol nailiyyətlər diləyir və deyirik: "Əziz Nuranə xanım, təkcə Rənglər dünyasında deyil, həyatda yolunuz açıq, işləriniz avand olsun!
"Aygün Hacıyeva,
jurnalist, yazıçı-publisist.
* Tədbirə dəvətə görə, Nuranə xanımın əmisi, dəyərli həmkarım Kamran Orucova təşəkkür edirəm.




