
Gündəm
13-12-2024, 18:19
576
İctimai fəal Teymur Əliyev:Rektor bildirdi ki...
ONDERTV.ORG
-Teymur müəllim, biz sizi yaxşı tanıyırıq, istəyərdim geniş ictimaiyyət də sizi yaxından tanısın. Özünüz haqda ətraflı məlumat vermənizi istərdim.-Öncəliklə müsahibə üçün sizə təşəkkür edirəm. Özümə gəlincə, mən Əliyev Teymur Ayaz oğlu, Azərbaycan-Türkiyə Biznes Qrupu MMC-nin baş direktoru vəzifəsində çalışıram. Orta məktəbi fərqlənmə ilə bitirmişəm. Respublikada ilk “Şagird parlamenti”nin qurucusuyam. Hələ universitetdə oxuduğum illərdə Tələbə Gənclər Təşkilatının sədri, rektor müşavirinin köməkçisi olmuşam. 2011-ci ildən respublikanın ictimai sektorunda aktiv şəkildə fəaliyyət göstərirəm. İlkin ictimai fəaliyyətimə YAP-da başlamışam. Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Gənclər Təşkilatı Gənclər Birliyinin sədr müavini vəzifəsini icra etmişəm. Daha sonra isə Leyla xanım Əliyevanın rəhbərlik etdiyi "İdea" İctimai Birliyinin Gənc Resurs Mərkəzində kordinator köməkçisi olaraq ekoloji və maarifləndirici tədbirlərin təşkilində, eləcə də icra edilməsindən fəal iştirak etmişəm. Bu günə qədər Azərbaycanı bir sıra beynəlxalq konfrans və seminarlarda təmsil etmişəm.
-Perspektiv vəd edən gənclərimizdənsiniz. Uğurlarınız nədən qaynaqlanır?
-Yəqin ki, əsas ailəmdən qaynaqlanır. Hər zaman öz üzərimdə ailəmin maddi və mənəvi, eləcə də psixoloji dəstəyini hiss etmişəm. Özümü dərk edəndən ümummilli lider Heydər Əliyevi özümə ideal və fenomon şəxs seçmişəm. Hələ uşaqlıqdan bu böyük şəxsiyyətin həyat və yaradıcılıq yolunu dərindən oxuyub mənimsəmişəm. Onun atdığı qətiyyətli addımların, qurduğu stradegiyaların məntiqi nəticəsi müasir və güclü Azərbaycandı. 90-cı illərdəki hərc-mərcilik, intriqalar ölkənin dağılmasına gətirib çıxarırdı. Belə bir zamanda xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özünün şah əsəri sayılan müasir və güclü Azərbaycanı qurub, biz gənclərə miras qoydu. Bütün bunlara görə həyatım boyu ulu öndəri özümə ideal seçərək, onun keçdiyi həyat yolunu güc və ilham mənbəyi olaraq qəbul etmişəm.
-Qeyd etdiniz ki, bir sıra konfrans və seminarlarda təmsil etmişəm. Zahirən yetkin və müdrik görünən 30 yaşlı bir gənc öz ölkəsini hansı ölkələrdə təmsil edib?
-İlk dəfə ölkəmizi 2012-ci ildə İtaliyada təşkil edilmiş Beynəlxaq İqtisadiyyatçıların konfransında təmsil etmişəm. Konfransda iştirak edən 30 dövlətin nümayəndəsi bizi, əsasən, “Heydər Əliyevin ölkəsi” kimi tanıyırdı. Onda mənim 18 yaşım var idi və mən bunun mahiyyətini dərk etməkdə çətinlik çəkirdim. Anlaya bilmirdim ki, nədən Azərbaycanı "Heydər Əliyev ölkəsi" kimi tanıyırlar.
Səfərim zamanı konfrans təşkilatçılarına və rəhbərliyinə təkidlə bildirdim ki, 2010-cu ildə Heydər Fondunun təşəbbüsü ilə ucaldılmış ulu öndərin abidəsini ziyarət etmək istəyirəm. Üç gün sonra çətinliklə də olsa, istəyimə nail oldum və ulu öndərin Romadakı abidəsini ziyarət eləyib, əklil qoydum, öz ehtiramımı bildirdim. O abidəni ziyarət etmək, konfrans iştirakçılarına Heydər Əliyev haqda məlumat vermək qürurverici idi.
2014-cü ildə Rusiyada MBD ölklərinin Təhsil Forumunda iştirak etdim. Forumda bir neçə layihə təqdim elədim. Səfər çərçivəsində Rusiya Turizm Servis Universitetinin rektoru ilə görüşmək imkanı əldə etdim. Görüş zamanı rektorun otağındakı rəflərdə Heydər Əliyevlə bağlı kitabların çoxluq təşkil etməsi məni həm təəccübləndirdi, həm də sevindirdi. Rəflərdə Heydər Əliyevlə haqda kitabların çox olmasının səbəbini soruşdum. Rektor cavabında bildirdi ki, Heydər Əliyevlə kimi dahi şəxsiyyətiniz olduğuna görə siz şanslı xalqsınız. Ümumiyyətlə, Rusiyada dövlət idarəçiliyində çalışan elə bir uğurlu şəxs yoxdur ki, Heydər Əliyevin keçdiyi həyat yolunu mənimsəmədən öz karyerasını, strategiyasını qursun. Təsəvvür edin, Rusiya kimi nəhəng bir dövlətin idarəçiliyində çalışanlar öz işlərini Heydər Əliyev strategiyası əsasında qururlar. Cəmiyyət və kütlə qarşısında onun kəlamlarından istifadə edirlər. Tək Rusiyada deyil, Kiprdə, Turkiyədə səfərlərdə olarkən də ulu öndərə qarşı böyük ehtiramı görmüş oldum. Moldovanın Qaqauziya Muxtar Respublikasında səfərdə olarkən təşəbbüs göstərdim, 15 fərqli ölkənin nümayəndəsi ilə birlikdə ulu öndərin abidəsini ziyarət etdik.
Mən Heydər Əliyev sevgisini ürəyimdə cani-könüldən yaşadan , ölkəmizin inkişafı yolunda xidmət göstərmiş adamlara öz düşüncəm çərçivəsində qiymət verən insanam. Ulu Öndərin bizə miras qoyduğu bu dövləti göz bəbəyimiz kimi qorumalıyıq. Bir yanımızda Rusiya, bir yanımızda İran və Ermənistan, belə bir mürəkkəb siyasi coğrafiyada dövləti və dövlətçiliyi, eləcə də stabilliyi qorumaq elə də asan məsələ deyil. Regiondakı ölkələrdən yalnız qardaş Türkiyədir ki, hər zaman bizimlə çiyin-çiyinə, qarşılıqlı dostluq, qardaşlıq şəraitində siyasi və iqtisadi münasibətlər qurur. Belə bir şəraitdə Heydər Əliyev məktəbinin layiqli davamçısı İlham Əliyev uğurlu siyasi gedişlər etməyi, dövlət və dövlətçiliyimizi qorumağı bacarır. Təkcə buna görə onun ətrafında sıx birləşməliyik. Baxın Suriya və İraq kimi ölkələrdə hegemon dövlətlər nələr edirlər. Bir də Fransanın bizə qarşı qərəzli siyasətinə qarşı İlham Əliyevin qətiyyətli addımlarına baxaq. Bütün bunlar İlham Əliyevin yüksək idarəçilik məharətindən xəbər verir.
-Bildiyimiz kimi, təzəlikcə Azərbaycan-Türkiyə biznes qrupu yaratmısınız. Hədəfləriniz nədir?
-Əsas hədəfimiz iki ölkə arasında mədəni əlaqələrlə yanaşı biznes əlaqələrin də inkişaf etdirilməsini təmin etməkdir. Düzdü, bununla bağlı dövlətimiz müəyyən işləri həyata keçirir, KOBİA, eləcə də Türkiyənin MÜSAİT-in burdakı nümayəndəliyi fəaliyyət göstərir. Düşündük ki, bu sahəyə bizim də qatqımız, töhfəmiz ola bilər. Nəhayətdə iş adamlarını ortaq bir təşkilatda cəmləyə bilərik.
Misal üçün bir buna qədər mərhum Mehmet Mutluya 350 min dollar dəyərində "Hədiyyə karvanı" adlı bir layihə hazırlamışdım. Layihə çərçivəsində Türkiyədən şəhid övladları üçün hədiyyələr gətirildi. Bundan əlavə, dəyəri yarım milyon manat olan digər bir layihə çərçivəsində Qazax rayonunda şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər parkı salındı. Hansı ki, həmin park şəhid övladlarının mütamadi yararlanması məqsədiylə yaradılıb. Bütün bunları türk qardaşlarımız təmənnasız etdilər.
Düşündük ki, bu kimi layihələri genişləndirmək lazımdı. Bunun üçün də bizə biznes qrup yaratmaq lazım gəldi. Yaratdıq. Hesab edirik ki, bu qrup çox yaxın zamanda fəaliyyət istiqamətlərini genişləndirəcək.
-Bu əlaqələri digər türk dövlətləri ilə də qurmaq mümkündürmü?
-Əslində, könül istərdi ki, digər türk dövlətləri ilə də qarşılıqlı əlaqələr quraq. Amma hələki isti münasibətlər daha çox qardaş Türkiyə ilə davam etməkdədir. Bu işdə bizə Türkiyənin Gəncədəki Konsulluğunun rəhbəri Rəcəb Öztop yaxından kömək göstərir. Yeri gəlmişkən, bu yaxınlarda qardaş Özbəkistan respublikasının da Gəncə şəhərində konsulluğu fəaliyyətə başladı. Ümid edirəm ki, bu konsulluq da münasibətlərimizin inkişafına öz töhfəsini vermiş olacaq.
Bütün türk dövlətləri ilə əlaqələrin ən yüksək səviyyədə olmasına baxmayaraq, biz də bu sahəyə töhfə vermək istəyirik. Planlarımız, nəzərdə tutduğumuz, eləcə də həyata keçirmək istədiyimiz işlər çoxdu. Misal üçün, Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqlarının rəsmi şəxslərinin də iştirakı ilə bugünlərdə marketinq forumunu təşkil etdik. Forumda əsas məqsəd: gənclər arasında maarifləndirmə işinin aparılması, eləcə də özlərinə inam hissini aşılmaqdan ibarət idi. Ümumiyyətlə, bir çox hallarda hər hansı bir işə gənclər "bu mənə verəcək ki?" düşüncəsi ilə yanaşırlar. Bu, səhv düşüncədi, gənc ilk öncə özünə sual verməlidir ki, mən dövlətimə nə vermişəm ki, dövlətdən nəsə umuram? Əziyyət çəkmədən bəhrəsini görə bilməzsən, hər işdə belədi bu.
Amma gələcəyə ümidlərimiz böyükdü. Ən çox da Vətən müharibəsindən sonra xalq-iqtidar birliyi daha da artmaqda və güclənməkdədi. Bu gün Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir ki, xalqın böyük əksəriyyəti onu dəstəkləyir. Birinci xanım Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirdiyi təqdirəlayiq işlər bizləri sevindirməyə bilməz.
GÜLŞƏN BEHBUD.VETENİM AZERBAYCANDIR.AZ