Pakistanın ictimai təşkilatları azərbaycanlı ekoloji fəalları dəstəkləyir
16-12-2022, 22:39
83

Pakistanın ictimai təşkilatları azərbaycanlı ekoloji fəalları dəstəkləyir


Maryana Əhmədova
Maryana Əhmədova
Pakistanın “Gənclər Diplomatiya Forumu” və “Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutu” ictimai təşkilatları Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar azərbaycanlı ekoloji fəalların dəstəyinə qoşulub.
ÖNDERTV.ORG verdiyi məlumata görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ətraf mühitin monitorinqi ekoloqlar və könüllülər tərəfindən aparılmalıdır, təbii sərvətlərin istismarı yalnız Azərbaycan qanunvericiliyinə uyğun olaraq həyata keçirilə bilər.
Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutunun bəyanatında deyilir: "Ekoloji terrora son qoyulması və günahkarların məsuliyyətə cəlb edilməsi regionda sülhün qorunmasına kömək edəcək"


ÖNDERTV.ORG

Oxşar xəbərlər