Quba rayonunda  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai Birliyinin "Cinayətkarlığa qarşı mübarizə" adlı tədbiri baş tutdu.
7-07-2024, 21:12
172

Quba rayonunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai Birliyinin "Cinayətkarlığa qarşı mübarizə" adlı tədbiri baş tutdu.

ONDERTV.ORG

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Arif Nəbiyev, 
Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, "Hüquqi-Sosial Yardım və Maarifləndirmə" İctimai Birliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Fariz Əkbərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova, ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişdir.
Görüşün mahiyyəti əsasən insan alveri ilə mübarizə, xilas yolları və qabağlayıcı maarifləndirmədən ibarət olmuşdur. Görüşü   açıq elan edən  “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova tədbir iştirakçılarına cinayətkarlığa qarşı mübarizə, insan alveri ilə mübarizə yolları haqqında geniş məzmunda çıxış  edərək məlimatlar vermişdir. Daha sonra tədbirdə iştirak edən ekspertlərin çıxışları dinlənilmişdir.
Tədbir gənclər tərəfindən marağa qarşılanmış və sonda xatirə şəkili çəkilmişdir.

Oxşar xəbərlər