Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək!
4-12-2024, 18:08
416

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək!

ONDERTV.ORG

​​​​Azərbaycan dövlətinin tarixində əvəzedilməz bir şəxsiyyət olan Heydər Əlyev öz  siyasi fəaliyyəti ilə tarixin yaddaşına əbədi həkk olunmuşdur.Azərbaycanın qabaqcıl Respublikalardan birinə çevrilmə prosesi təkcə 1993 cü ildən deyil, hələ 1969 cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə başlamışdır.
O,dövr üçün xarakterik olan ictimai-siyasi yönlü maneələri məharətlə aradan qaldıraraq tənəzzülün qarşısını almaqla ölkənin bütün sahələrində dinamik inkişaf üçün möhkəm özül yaratmaga müəffəq olmuşdur.
 Ulu öndər Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı,zəngin mədəniyyəti,böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu  və gələcək nəsillərin taleyi üçün düşündüyü dogma 
yurdu Azərbaycanı bir dövlət kimi zamanın agır və sərt sınaqlarından çıxarmışdır.
 Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi.Onun formalaşdırdıgı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş,milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək ,dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
  Heydər Əliyev bizim dahi müasirimizdir.
 Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevirmişdir.Azərbaycan xalqının hələ neçə -neçə nəsli bu böyük məktəbdən ,Heydər Əliyevin zəngin siyasi  irsindən ölkəmizin inkişafı , xalqımızın rifahı naminə faydalanacaqdır.
 Bu gün bu dahi şəxsiyyət aramızda yoxdur,lakin Azərbaycan xalqının milli lideri ,müdrik və dahi şəxsiyyət olan Heydər Əlirza oglu Əliyevin əziz  xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaqdır!
 Allah rəhmət eləsin!

Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyin təlim tərbiyə işləri üzrə müavin

Cəmiyeva Sədaqət Əskər qızı

Oxşar xəbərlər