10 may Azərbaycan xalqının böyük oğlu ümumilli lider Heydər Əliyevin doğum günü.
9-05-2023, 16:24
68

10 may Azərbaycan xalqının böyük oğlu ümumilli lider Heydər Əliyevin doğum günü.

ÖNDERTV.ORG

Azərbaycan xalqının böyük oğlu, dahi insan ümummilli lider, dünya səviyyəli siyasi xadim, çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olan Heydər Əliyevin doğum günüdür.

Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Dahi Ulu Öndər uşaqdan böyüyə hər kəsin sevgisini qazanan humanist bir insan idi həm də.  Dövlətimizin milli, mənəvi və əxlaqi dəyərlərinin  qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin də təməlini məhz Heydər Əliyev qoymuşdur.Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Biz həqiqətən də xoşbəxt xalqın nümayəndələrik.Xoşbəxtik ona görə ki, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının şah əsəri olan bir ölkədə ömr edirik. Heydər Əliyev yalnız və yalnız cismani olaraq bizi tərk etmişdir.O, hər bir Azərbaycanlının qəlbində yaşayır və ölməz bir liderdir.
Allah məkanın behişt etsin Ulu Öndərimiz!

Kamran Orucov 
"Vətənim-Azərbaycandır.az" xəbər portalının Baş Redaktoru




Kamran Orucov 
"Vətənim-Azərbaycandır.az" xəbər portalının Baş Redaktoru

ÖNDERTV.ORG

Oxşar xəbərlər