Heydər Əliyev Qırğızıstanın böyük dostu idi - Qırğızıstan parlamentinin spikeri
16-05-2023, 12:29
80

Heydər Əliyev Qırğızıstanın böyük dostu idi - Qırğızıstan parlamentinin spikeri

ÖNDERTV.ORG     
Ümummilli Lider Heydər Əliyevin xalqı üçün danılmaz böyük xidmətləri olub. O, bir çox çətinlikləri dəf edərək Azərbaycan dövlətinin müstəqilik tarixinin əsasını qoyaraq böyük uğurlar qazanıb. Heydər Əliyev Qırğızıstanın böyük dostu idi.
ÖNDERTV.ORG  Trend-ə istinadən bildirir ki, bunu Qırğızıstan parlamentinin spikeri Şakiyev Nurlanbek Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.
O qeyd edib ki, Azərbaycan iqtisadiyyatının güclənməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. "Onun yüksək peşəkarlığı ilə Azərbaycan dövlətinin daha da çox inkişaf etməsinə zəmin yarandı. O zamandan Azərbaycanın bugünkü uğurlu inkişafı göz önündədir. Bütün xidmətləri nəticəsində Heydər Əliyev böyük şəxsiyyət kimi xalqının yaddaşında əbədi yaşayacaq", - deyə o əlavə edib.
Ş.Nurlanbek bildirib ki, Azərbaycanın müstəqillik yolunda atdığı addımlar, əmin-amanlığın qorunub saxlanmasında da Heydər Əliyevin böyük səyləri olub. "Heydər Əliyev tək müstəqil Azərbaycanın deyil, eləcə də keçmiş Sovet İttifaqında böyük iz qoyan siyasi xadim olub", - deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.





ÖNDERTV.ORG       


Oxşar xəbərlər