
Gündəm
20-09-2024, 16:43
108
Bu gün görkəmli alim Rəfiqə Əliyevanın doğum günüdür.
ONDERTV.ORG
Akademik Rəfiqə Əliyeva 20 sentyabr 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) kimya fakültəsini bitirib, 1970-ci ildə kimya sahəsi üzrə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.O, ömrünün sonunadək Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının professor idi və 2001-ci ildən təşkil edilmiş "Ekoloji kimya və ətraf mühitin mühafizəsi" elmi -tətqiqat laboratoriyasına rəhbərlik edirdi. Bu laboratoriya onun rəhbərliyi altında ekologiyanın aktual problemləri istiqamətində əhəmiyyətli töhfələr verdi.
Görkəmli alim Rəfiqə xanım Əliyevanın əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq.