Quba rayonda 44 günlük Vətən müharibəsindən sonra yaranan və ibrətamiz fəaliyyət yolu ilə fərqlənən "Vətən Naminə "Şəhid Ailəlırinə Dəstək Ictimai Birliyi növbəti örnək olacaq bir tədbir düzənləmişdir.
5-06-2024, 23:41
85

Quba rayonda 44 günlük Vətən müharibəsindən sonra yaranan və ibrətamiz fəaliyyət yolu ilə fərqlənən "Vətən Naminə "Şəhid Ailəlırinə Dəstək Ictimai Birliyi növbəti örnək olacaq bir tədbir düzənləmişdir.

ONDERTV.ORG

Belə ki, bir müddətdir  Qubada istirahət edən bir qrup  Gəncə,Samux şəhərindən  olan  şəhid ailələriylə görüş keçirilmişdir. 
Görüşdə İctimayi Birliyin sədri Tünzalə xanim və Quba şəhid anaları Gəncə və Samuxda olan analara ilk olaraq  tanış olmuş, səmimi söhbətlər aparmışdırlar. Daha sonra Tünzalə xanım ayrı-ayrılıqda şəhidlər haqqında məlumatlar almışdır. Tünzalə xanım şəhid ailələrinin problemlərini dinləmiş və aradan qaldırılması üçün atıla biləcək addımları müəyyənləşdirmişdir. Yaxın  gələcəkdə müqəddəs Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində onlara birgə fəaliyyət istiqamətləri müəyyənləşdirmişdir.
Tünzalə xanımın bu təşkilata rəhbərlik etdiyi gündən bu tendensiya davam edir,  daima şəhid anaları, Şəhid yadigarları ilə görüşür, hər zaman bacardığı qədər köməklik göstərir, layihələr icra edir, istedadlı şəhid övladlarının tanıtımına vasitəçi olur, yardım aksiyaları  reallaşdırır.
Rayonumuzun və "Vətən Naminə" Şəhid Ailəlırinə Dəstək Ictimai Birliyinin qonağ olan Şəhid anaları da bu görüşdən məmnunluqlarını ifadə etmiş və  eyni dəyərləri və eyni dərdi daşıyan  bir çox ümidsiz insanın həyata bağlanmasında bu işlərin məqsədyönlü və təqdirəlayiq olduğunu vurğulayıblar.
Bundan sonra da davamlı olarag görüşlərin keçirilməsi üçün anaların istək və arzuları nəzərə alınmışdır.

Oxşar xəbərlər