"Neftçi"nin baş məşqçisi: "Nəticədən narazı, oyundan isə razı qaldım"
28-07-2023, 07:37
72

"Neftçi"nin baş məşqçisi: "Nəticədən narazı, oyundan isə razı qaldım"

ÖNDERTV.ORG

"Nəticəyə görə narazıyam. Amma oyundan razı qaldım".

ÖNDERTV.ORG un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Bosniya və Herseqovinada "Jelezniçar"la 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis rəqibin gücünə bələd olduqlarını bildirib: "Jelezniçar"ın oyununu yaxşı təhlil etmişdik. Güclü komanda olduğunu bilirdik. Rəqib bu gün çox yaxşı müdafiə olundu".

Mutu stadiondakı atmosferdən də söz açıb: "Abu-hava fenomenal idi. Uduzmadığımız üçün xoşbəxtəm. Ümid edirəm ki, bizim azarkeşlərimiz də cavab matçında eyni atmosferi yaradacaqlar".

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.


ÖNDERTV.ORG

Oxşar xəbərlər