Gündəm / Siyasət
13-05-2024, 19:59
428
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
ÖNDERTV.ORG
Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə yerinə yetirən Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biri Azərbaycanı dünya birliyinin layiqli dövlətlərindən birinə çevirmək, ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Bu gün artıq ölkəmiz dünyada sayılıb-seçilən dövlətlərdən biridir. Bunu dövlət başçımızın xarici səfərləri və ölkəmizə səfərə gələn dövlət başçılarının fikirləri də təsdiqləyir.
Bu baxımdan cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş Naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı diplomatik və strateji əlaqələrin möhkəmləndirilməsində yeni bir mərhələyə keçid edildiyini göstərir. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” əməkdaşlıq əlaqələrinin daha da güclənməsi üçün yeni perspektivlər açacaq.
Geniş tərkibdə keçirilən görüşdə dövlət başçısı cənab İlham Əliyev bildirdi ki, “Slovakiya-Azərbaycan əlaqələrinin çox gözəl gələcəyi var. Həm siyasi-iqtisadi, həm də enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir. Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq. Biz bu gün cənab Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələləri müzakirə etdik. Bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədik”.
Slovakiya ilə Azərbaycan arasında çox geniş müzakirə edilən sahələrdən biri də energetika sektorundakı əməkdaşlıq məsələsi olmuşdur. Qeyd edilmişdir ki,Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında imzalanan “Həmrəylik Halqası” adlanan sənədin imzalanması da Azərbaycan qazının Slivakiya bazarına də nəql edilməsi üçün yaxşı imkanlar yaradıb.
Dövlət başçısı öz çıxışında Slovakiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildiyini söyləyib: “Bildiyiniz kimi, bu gün Slovakiya-Azərbaycan biznes forumu keçirildi, onlarla slovakiyalı iş adamı Azərbaycanda səfərdədir. Bir çox sərmayə layihələri də müzakirə edilir. Bu gün bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərlər yaşıl işıq yandırılmışdır”.
Slovakiyanın Baş naziri Robert Fitson ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi və bu fikri xüsusi vurğuladı ki, səfərin nəticələri gözlədiyimdən də artıq oldu. “Siz suveren bir ölkəsiniz və suverenliyə gəldikdə nümunəvi ölkəsiniz. Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirmişəm. Siz ədalətsizliyə sinə gərirsiniz. Eyni yanaşmanı, mən Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin və bizim kimi suveren ölkələr bir araya gəldikdə nəticələr çox gözəl ola bilər” söyləyən Baş nazir bildirdi ki, biz Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq.
Bildiyimiz kimi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bir sıra dost və qardaş dövlətlərin şirkətləri fəaliyyət göstərərək bərpa, quruculuq işləri aparırlar. Slovakiya ilə Azərbaycanın da əməkdaşlığının əlamətdar istiqamətlərindən biri də budur ki, azad edilmiş torpaqlarımızda Slovakiya şirkətləri də fəaliyyət göstərir. Belə ki, erməni işğalçıları və vandalları tərəfindən demək olar ki, tamamilə dağıdılmış Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şırkəti tərəfindən icra ediləcək. Bu da bizim Slovakiya ilə dostluq və tərəfdaşlığımızın bir rəmzidir.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova.