ŞABRAN ŞƏHƏRİ 4 SAYLI TAM  ORTA MƏKTƏBƏ YENİ DİREKTOR TƏYİN OLUNDU.
22-02-2023, 11:44
509

ŞABRAN ŞƏHƏRİ 4 SAYLI TAM ORTA MƏKTƏBƏ YENİ DİREKTOR TƏYİN OLUNDU.


ONDERTV.ORG
Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Region məktəblərinə yeni direktorlar təyin olunublar. Quba-Xaçmaz Regional Təhsil idarəsinin  rəsmləri direktorları məktəb kollektivinə  təqdim etmişlər.
Müvafiq əmrə əsasən 
ŞEYDAYEVA ÇİNARƏ KAMRAN QIZI  Şabran şəhəri Məmmədağa Nəzirov adına 4saylı tam orta məktəbə direktor təyin olunmuşdur.
4saylı tam orta məktəbin tədbir zalında yeni direktor Çinarə xanımla içlas iştirakçıları arasında tanışlıq tədbiri keçirildi. 
Çinarə xanım təhsil sahəsində və eləcə də məktəbin ictimai işləri haqqında öz gələcək plan və projeləri haqqında əhatəli çıxış etdi..
O, Rəhbərlik etdiyi məktəbdə hər bir şagirdin keyfiyyətli təhsil alması üçün əlindən gələni edəcəyinə səy göstərəcəyini bildirdi.
Elm və Təhsil naziri tərəfindən göstərilən yüksək etimada görə Nazir Emin Əmirullayev  və tədbirdə iştirak edən rəsmlərə Çinarə xanım öz Təşəkkürünü bildirdi.
Tədbirdə həmçinin Vətənim Azərbaycandır.az xeber portalının baş redaktoru, həmkarımız Kamran Orucov da iştirak etmiş və bu tədbirdən geniş reportaj hazırlamışdır..
Xaçmaz Regional Təhsil idarəsinin rəsmləri və  Kamran Orucov  bundan sonrakı fəaliyyətində Çinarə xanıma bol uğurlar arzulamışlar. 
Vətənim Azerbaycandır.az xeber portalı.. icraçı direktor:  Nailə Muradova.





ONDERTV.ORG

Oxşar xəbərlər