Azərbaycan millisinin üzvü Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb
14-04-2024, 11:06
28

Azərbaycan millisinin üzvü Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb

ÖNDERTV.ORG


Güllə atıcılığı üzrə Azərbaycan milli komandasının üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb.
Bu barədə Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.
Bildirilib ki, təmsilçimiz qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xalla uğurlu nəticə əldə edib.
Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib olarsa, Parisdə keçiriləcək 2024 Yay Olimpiya oyunlarına vəsiqə qazanacaq.

Oxşar xəbərlər