Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində ikinci yeri tutub
6-02-2024, 20:55
93

Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində ikinci yeri tutub

ÖNDERTV.ORG

Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” turnirində gümüş medal qazanıb.

ÖNDERTV.ORG xəbər verir ki, yarışın sonuncu günündə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev həlledici görüşdə Türkiyə təmsilçisi Mixael Zqankaya uduzaraq ikinci yeri tutub.

Millinin digər üzvləri Vüqar Talıbov (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə uğursuz nəticə göstəriblər.
Qeyd edək ki, ötən gün Zelim Tçkayev (81 kiloqram) də gümüş medalın sahibi olub.

Oxşar xəbərlər