Deni Sassu-Nqesso: “Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq”
4-04-2024, 17:21
36

Deni Sassu-Nqesso: “Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq”

ÖNDERTV.ORG


“Biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq”.

ÖNDERTV.ORG xəbər verir ki, bu sözləri Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Bu səfərin Konqo ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmağa imkan verdiyini bildirən Deni Sassu-Nqesso Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıqlarını söyləyib.
“Həmçinin, biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək”, - deyə o əlavə edib.

Oxşar xəbərlər