“Bu yaxınlarda Avropaya yaşıl enerji ixrac etməyə başlayacağıq” - Prezident
8-03-2023, 17:50
67

“Bu yaxınlarda Avropaya yaşıl enerji ixrac etməyə başlayacağıq” - Prezident

ÖNDERTV.ORG

“Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir. Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq”.
ÖNDERTV.ORG xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında söyləyib.
Dövlət başçısı deyib: “Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq”.

ÖNDERTV.ORG

Oxşar xəbərlər