Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB
4-03-2024, 20:06
44

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

ÖNDERTV.ORG


Kamboca Xalq Partiyasının sədri Hun Sen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 
President.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Zati-aliləri.
Bu il fevralın 7-də keçirilmiş seçkidə yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram. Seçkilərdə inamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik liderliyinizə, xüsusilə də dövlətin idarə olunmasında və inkişafında zəngin təcrübənizə güclü etimadının və inamının bariz göstəricisidir.
Mən qəti şəkildə əminəm ki, Azərbaycan Respublikasının Sizin rəhbərliyinizlə inkişafı davam edəcək, ölkəniz regional və qlobal məsələlərdə daha böyük rol oynayacaq və bu da xalqınıza daha çox fayda gətirəcək.
Kamboca Xalq Partiyası ölkələrimiz arasında uzun müddətdir mövcud olan dostluq münasibətlərini bütün səviyyələrdə, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində, eləcə də digər ikitərəfli və çoxtərəfli formatlarda möhkəmləndirməyə və dərinləşdirməyə böyük önəm verir.
Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram”.
15:05
Qvatemala Respublikasının Prezidenti Bernardo Arevalo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 
President.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qvatemala xalqı, Hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram. Əminik ki, yeni prezidentlik müddətində fəaliyyətiniz mövcud ənənəvi dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərini möhkəmləndirməyə imkan yaradacaqdır.
Qvatemala ilə Azərbaycan arasında 1994-cü il noyabrın 1-də qurulmuş diplomatik münasibətlər əməkdaşlığımızı dərinləşdirən təşəbbüslərin irəli sürülməsi kimi ümumi maraqları müəyyənləşdirmək fürsətini yaratmışdır. Bu, Sizin rəhbərliyinizlə qarşılıqlı fayda naminə yeni layihələrin təşviqi kimi müxtəlif sahələr üzrə ikitərəfli, regional və çoxtərəfli gündəlikdə olan məsələlərin həyata keçirilməsinə imkan verəcəkdir.
Fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar arzu edir və dərin ehtiramımı bildirirəm”.

Oxşar xəbərlər