İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
10-02-2024, 16:17
229

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR

ÖNDERTV.ORG


Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 
President.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti kimi şərəfli vəzifəyə yenidən seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.
Azərbaycanda keçirilən prezident seçkisini müşahidə etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndə heyətinə rəhbərlik etmək şərəfinə nail olmuşam. Seçki zamanı nümayiş olunan mütəşəkkillik, ədalət və inklüzivlik bizim komandamızda dərin xoş təəssürat yaratmışdır.
Son iyirmi il ərzində Azərbaycanın bənzəri olmayan yüksəlişinin təmin edilməsində sizin uzaqgörən rəhbərliyiniz mühüm rol oynamışdır. Sizin iqtisadi inkişaf, infrastruktur və sosial təminat sahələrində nailiyyətləriniz Azərbaycanı dünya arenasında yüksəltməklə yanaşı, digər ölkələr üçün ilhamverici nümunə olmuşdur. Əminəm ki, yeni prezidentliyiniz dövründə sizin rəhbərliyinizlə Azərbaycan xalqı və dövləti daha çox uğur əldə edəcəkdir.
Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı və “ŞƏT ailəsi”nin vacib üzvüdür. Bu xüsusda, ŞƏT-in fəaliyyətində Azərbaycan Respublikasının fəal iştirakına, həmçinin sizin təşkilatımızın fəaliyyətinə göstərdiyiniz şəxsi dəstəyə görə minnətdarlığımı ifadə edirəm.
Zati-aliləri, sizinlə və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa hazır olduğumuzu bəyan edirəm. Qoy, Şanxay Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında möhkəm və sarsılmaz tərəfdaşlıq qarşılıqlı anlayışı, sülhü və rifahı təşviq edərək daha da möhkəmlənsin!
Bizim Azərbaycana səfərimiz zamanı ŞƏT nümayəndə heyətinə göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkür edirik.
Yenidən Prezident seçilməyiniz münasibətilə sizi bir daha təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikası sizin rəhbərliyinizlə yeni zirvələrə çatacaq”.
13:20
Fevralın 10-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
President.az xəbər verir ki, Baş katib İlham Əliyevi prezident seçkisində qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni xüsusi vurğulayıb, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarımızda geniş abadlıq və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirərək, öz növbəsində Azərbaycanın bundan sonra da İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, təşkilatın inkişafı, üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi işinə töhfəsini verəcəyini qeyd edib.
Dövlətimizin başçısı Hissein Brahim Tahanı yenidən Azərbaycanda görmək istəyini ifadə edərək, onu ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
10:23
bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 
President.az xəbər verir ki, məktubda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bp şirkəti adından sizə səmimi təbriklərimi çatdırıram. Azərbaycan xalqının rifahının yaxşılaşması istiqamətində bütün səylərinizdə sizə uğurlar arzulayıram.
Bu fürsətdən istifadə edərək bizim Azərbaycandakı enerji layihələrinə bp-nin davamlı sadiqliyini bir daha vurğulamaq istəyirəm.
bp şirkəti olaraq biz Azərbaycan hökuməti və SOCAR ilə uzunmüddətli tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümidvarıq.
Zati-aliləri, sizi bir daha səmimi-qəlbdən təbrik edirəm və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Tezliklə sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm”.

Oxşar xəbərlər