Hüseyin Yusifov: Ermənistanın sərhəddə atəşkəsi pozmasının arxasında xarici qüvvələr dayanır
13-02-2024, 21:49
70

Hüseyin Yusifov: Ermənistanın sərhəddə atəşkəsi pozmasının arxasında xarici qüvvələr dayanır

ÖNDERTV.ORG

Fevralın 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Zəngilan rayonu ilə şərti sərhəddə atəşkəsi pozması biz Gürcüstan azərbaycanlılarını ciddi narahat edir. Heç vaxt müstəqil ola bilməyən, həmişə hansısa xarici ölkələrin təsiri altında hərəkət edən Ermənistanın bu addımı onun terroru dəstəkləyən, sülh çağırışlarını rədd edən ölkə olduğunu sübut edir.
Bu sözləri  açıqlamasında Gürcüstan Azərbaycanlıları Konqresinin (QAK) sədri Hüseyin Yusifov söyləyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən törədilən bu təxribatlar yolverilməzdir. Hesab edirik ki, Ermənistan dövləti onlar üçün yaradılmış sülh şəraitindən maksimum istifadə etməli, qısa bir vaxtda Azərbaycan-Ermənistan dövlət sərhədlərinin delimitasiyası başa çatdırılmalıdır. Ermənistan ordusu gözəl bilir ki, törətdikləri hər bir təxribatdan sonra onu nələr gözləyir. Onlar “dəmir yumruğu” unutmamalıdırlar.
H.Yusifov deyir ki, Ermənistanın baş naziri N.Paşinyan iki gün əvvəl çıxış edərək sülh danışıqlarının uğurundan danışırdı. Həmin baş nazir darmadağın olmuş ordusunu özünə tabe edə bilsəydi Ermənistan üçün daha gözəl olardı. Unutmasınlar ki, 30 il bundan əvvəl onların əvəzinə düşünən beyinlər ermənilərə dənizdən dənizə adlanan geniş üfüqlər vəd etmişdilər. O vədlərin sonu onlar üçün hansı faciələrlə tamamlandığı göz önündədir. Bu gün davam edən sülh danışıqlarının sonunda Azərbaycanın və Türkiyənin təklif etdiyi yollar Ermənistanı dənizlərdən dənizlərə çıxaracaqdır.
GAK sədri onu da bildirib ki, Ermənistanın bu təxribatlarının arxasında Fransa kimi xarici qüvvələrin dayandığı şübhəsizdir. Lakin Ermənistan yenə də unutmamalıdır ki, indi qarşısında güclü Azərbaycan dayanır.

Oxşar xəbərlər