Fuad Hüseynəliyev: “Azərbaycanın Ermənistanla dialoq üçün vasitəçilərə ehtiyacı yoxdur” - VİDEO
29-12-2023, 19:53
39

Fuad Hüseynəliyev: “Azərbaycanın Ermənistanla dialoq üçün vasitəçilərə ehtiyacı yoxdur” - VİDEO

ÖNDERTV.ORG

Bakı və İrəvanın sülh sazişinin imzalanmasına nail olması üçün vasitəçilərdən kömək istəməsinə ehtiyac yoxdur, çünki bunu birbaşa danışıqlar yolu ilə həll etmək olar.
Bunu İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC televiziyasının efirində bildirib.
“Azərbaycan dəfələrlə bəyan edib ki, onun vasitəçilərə ehtiyacı yoxdur. Tərəflər birbaşa danışıqlar apara bilirlər. Bunu həm daha əvvəl keçirilmiş görüşlər, həm də hərbçilərin mübadiləsinə dair son razılaşma təsdiqləyir”, - o vurğulayıb.
F.Hüseynəliyev qeyd edib ki, digər vasitəçilər öz maraqlarını güdə, həmçinin sülh müqaviləsinin bağlanması onların maraqlarına uyğun gəlməyə bilər.
O, vasitəçiliyə alternativ olaraq “3+3 formatında (Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakı ilə danışıqların aparılmasını) və ya Gürcüstan iştirakdan imtina edərsə, “2+3” formatında görüşləri göstərib:
“Regionun hər bir dövləti Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasi üçün daha çox səy göstərəcək, çünki Cənubi Qafqazda sülh kommunikasiya, nəqliyyat və logistika marşrutlarının açılmasına imkan verəcək. Bu, regionun iqtisadiyyatını gücləndirəcək”.
Onun sözlərinə görə, Tbilisi Azərbaycan və Ermənistan arasında ikitərəfli görüşlərin keçirilməsi üçün ən yaxşı variant olardı, çünki Gürcüstan regionda neytral mövqe tutmağa hazırdır.
“Sərhədlərin delimitasiyası uzunmüddətli prosesdir, çünki onun keçdiyi əraziləri dəqiq müəyyən etmək lazımdır. Bu, kifayət qədər mürəkkəb prosesdir. Məsələn, Azərbaycan indiyədək Gürcüstanla bu prosesi başa çatdırmayıb”, - o, Azərbaycanla Ermənistan arasında sərhəd məsələsini şərh edərkən deyib.
F.Hüseynəliyevin fikrincə, delimitasiya prosesinin əsasında Azərbaycan və Ermənistan arasında sülh sazişi dayanmalıdır və bundan sonra nəqliyyat kommunikasiyaları açıla və digər məsələlər həll oluna bilər.
O, Ermənistanın Fransa və Hindistandan hərbi texnika alması ilə bağlı yayılan xəbərləri şərh edərkən bunda heç bir ciddi təhlükənin olmadığını deyib:
“Fransanın tədarüklərinə keyfiyyəti şübhə doğuran köhnəlmiş silahlar daxildir. Hindistan silahları isə kifayət qədər sınaqdan keçirilməyib. Buna görə də Ermənistan onlar üçün sınaq meydanına çevrilə bilər”.
“Fransanın Ermənistana dəstəyi nümayişkəranə xarakter daşıyır. Ermənistan bu vədlərə inanmamalıdır”, - o əlavə edib.

ÖNDERTV.ORG

Oxşar xəbərlər