Nazir: “Ermənistan beynəlxalq məhkəmələrə sülh müqaviləsi gündəmindən fərqli mövqelər təqdim edir”
28-12-2023, 21:08
36

Nazir: “Ermənistan beynəlxalq məhkəmələrə sülh müqaviləsi gündəmindən fərqli mövqelər təqdim edir”

ÖNDERTV.ORG


Nazir: “Ermənistan beynəlxalq məhkəmələrə sülh müqaviləsi gündəmindən fərqli mövqelər təqdim edir”
Ermənistan beynəlxalq məhkəmələrə sülh müqaviləsi gündəmindən fərqli mövqelər təqdim edir.

ÖNDERTV.ORG un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycan Ermənistana, Ermənistan da Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə bir sıra iddialar qaldırıb.

O bildirib ki, bu proses sülh gündəliyi ilə eyni vaxtda davam edir: “Bu ziddiyyət həm bizi, həm də İrəvanı düşündürməlidir”.

Nazirin sözlərinə görə, başqa bir məsələ Ermənistanın beynəlxalq məhkəmələrə təqdim etdiyi sənədlərdə Ermənistanın sülh müqaviləsi ilə bağlı qəbul etdiyi 5 baza prinsip arasında ziddiyyət var: “Yəni Ermənistan beynəlxalq məhkəmələrə sülh müqaviləsi gündəmindən fərqli mövqelər təqdim edir”.

Oxşar xəbərlər