Ceyhun Bayramov Maldiv xarici işlər naziri ilə görüşüb
19-01-2024, 17:07
54

Ceyhun Bayramov Maldiv xarici işlər naziri ilə görüşüb

ÖNDERTV.ORG





Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Uqandanın Kampala şəhərində keçirilən 19-cu Zirvə görüşü çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri Musa Zameer ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub, yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
Maldiv xarici işlər naziri Qoşulmama Hərəkatına uğurlu sədrliyə görə ölkəmizə təbriklərini çatdırıb, “sədrlik üçlüyü”nün üzvü kimi Azərbaycanın Hərəkatın daha da güclənməsi üçün səylərini əsirgəməyəcəyinə əmin olduğunu bildirib. O, ölkələrimiz arasında turizm, hava nəqliyyatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə olunub.

Oxşar xəbərlər