Ceyhun Bayramov İslandiyada zirvə görüşündə iştirak etdi - YENİLƏNDİ
17-05-2023, 10:11
80

Ceyhun Bayramov İslandiyada zirvə görüşündə iştirak etdi - YENİLƏNDİ


ÖNDERTV.ORG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyada Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Toplantısı çərçivəsində “İnsan hüquqları sahəsində yeni və yaranan çağırışlarla qarşı qarşıya – gələcək artıq buradadır” adlı “dəyirmi masa”da iştirak edib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyada Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edir.

22:41
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyanın paytaxtı Reykyavik şəhərində Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edir.
ÖNDERTV.ORG xəbər verir ki, Ceyhun Bayramovun Zirvə Görüşündə iştirak edəcək digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.


ÖNDERTV.ORG

Oxşar xəbərlər