Astaraçay körpüsü MDB və Şərqi Avropa ölkələrinin Fars körfəzinə çıxışını təmin edəcək
9-01-2024, 13:01
72

Astaraçay körpüsü MDB və Şərqi Avropa ölkələrinin Fars körfəzinə çıxışını təmin edəcək

ÖNDERTV.ORG


İran ilə Azərbaycan arasındakı Astaraçay üzərində salınan yeni körpü MDB və Şərqi Avropa ölkələrinin Fars körfəzi və Oman dənizinə çıxışını təmin edəcək.

ÖNDERTV.ORG xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi Proqram və Büdcə Planlaşdırılması İdarəsində keçirilən iclasda deyib. O bildirib ki, 138 kilometrlik Qəzvin-Rəşt avtomobil yolunda işlərin 95 faizi yerinə yetirilib: “Yolun tamamlanması üçün qalan 8,2 kilometrlik məsafədə isə tikinti işləri davam edir. Bu yol İranın mərkəzi və cənub regionları ilə Azərbaycan və Rusiyanın regionları arasındakı ticarət əlaqələrini genişləndirəcək”.

Qəzvin-Rəşt avtomobil yolunu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm hissəsi kimi dəyərləndirən X. Xademi bildirib ki, yeni yol və həyata keçirilən tranzit yükdaşımalar İran ilə qonşuları arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq.

Oxşar xəbərlər