Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub
7-10-2022, 11:53
234

Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub

 Prezident İlham Əliyevin  Bolqarıstana rəsmi səfəri, keçirdiyi görüşlər və bunun əsasında əldə edilən razılaşmalar yeni əməkdaşlıq imkanları baxımından əhəmiyyətlidir. Azərbaycan dost Bolqarıstanla strateji əlaqələrini daha da dərinləşdirməklə iki ölkə arasındakı siyasi əlaqələrı  davamlı olaraq inkişaf etdirir. Bu tarixi səfər ölkəmizin  Avropanın enerji təhlükəsizliyi məsələsində rolunun getdikcə artması baxımından və eyni zamanda Azərbaycan-Avropa İttifaqı  əməkdaşlıq əlaqələrinin inkişafı üşün böyük əhəmiyyətə malikidir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verməkdir. Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Ötən il Bolqarıstan Azərbaycanın 40-cı xarici ticarət tərəfdaşı olub. 2022-ci ilin yanvar-iyul aylarında ikitərəfli ticarət dövriyyəsi 80 milyon ABŞ dollarını keçib.
Enerji sahəsində əməkdaşlığa gəlincə, bu, iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biridir. 2013-cü ildə imzalanmış qaz satışı müqaviləsinə əsasən, Azərbaycanın “Şahdəniz” yatağında hasil olunan 1 milyard kubmetr təbii qaz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti Trans-Adratik Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan qaz interkonnektoru vasitəsilə Bolqarıstana çatdırılacaq.
Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Əminliklə söyləmək olar ki, bu rəsmi səfər bu perspektivlərdən istifadə imkanlarının araşdırılması baxımından da müstəsna əhəmiyyət kəsb edəcək. Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.
Fidan Hüseynova 
YAP Quba rayon təşkilatının sədri

ÖNDERTV.ORG       

Oxşar xəbərlər